Güclü yağış 20-dən çox can aldı


18:30     12 Avqust 2017 flood_main.jpg

Nepalda güclü yağışın səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində 23 nəfər həlak olub.


Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, Nepal Daxili İşlər Nazirliyinin məlumatına əsasən, daşqınlar ölkənin müxtəlif bölgələrində insan tələfatına səbəb olub.

Yüzlərlə ev su altında qalıb və çoxlu sayda ailələr digər rayonlara köçürülüb.

Biratnaqar şəhərindəki hava limanı fəaliyyətini dayandırıb.

Moranq rayonunda isə daşqından sonra üç nəfərin itkin düşdüyü bildirilir.

Açar sözlər:

Oxunub: 853