Ölümdən son anda döndü

15:08     12 Avqust 2017 big_1404314237_bogulma.jpg

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri 1 nəfəri (xarici vətəndaş) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 857