ASAN könüllüləri “ASAN Radio”nun qonağı oldu

15:33     12 Avqust 2017 1-1.JPG

Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə RİH-də təcrübə keçən 10-cu qrup ASAN könüllüləri “Beynəlxalq Gənclər Günü münasibətilə “ASAN Radio” nun qonağı olublar.


Femida.az-ın məlumatına görə, ASAN könüllüləri “ASAN Radio”nun rəhbərliyi ilə görüşüblər.

Görüşdə “ASAN Radio”nun direktoru Emin Musavi, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rüfət Əhmədov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri iştirak ediblər.

E. Musavi “ASAN Radio” haqqında geniş məlumat verib, habelə Binəqədi rayonunda son illərdə gedən abadlıq-quruculuq işlərindən, o cümlədən, rayonun saytının, “Facebook” səhifəsinin operativliyindən danışıb.

L. Kərimova isə “ASAN Radio”nun kollektivini 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib.

Sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN könüllüləri fikirlərini bölüşüblər.

Görüşdən sonra könüllülər “ASAN Radio”nun inzibati binası ilə tanış olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 631