Türkiyə ilə Qətər arasında 15 müqavilə imzalandı


22:34     12 Avqust 2017 111206.jpg

Türkiyə və Qətər arasında qida, dərman və tikinti sahəsində 15 əməkdaşlıq müqaviləsi imzalanıb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Qatar Ticarət Palatasının Ümumi Müdiri Saleh ibn Hamad Eş Şarki bu ayın ilk həftəsində İzmir və İstanbulda səfərdə olduğunu və Qətərin iş adamları ilə Türk firmaları arasında 15 əməkdaşlıq müqaviləsinin imzalandığını açıqlayıb. Onun sözlərinə görə, müqavilələr əsasən dərman, qida və inşaat sahəsindədir, nəqliyyat, plastik sənaye və digər sahələrdə də razılaşmalar əldə edilib.

Bu ilin ilk yarısında iki ölkə arasındakı ticarət həcminin 600 milyon dollara çatdığı, Türkiyədən Qətərə edilən ixracatın isə ötən aya nisbətən artaraq 53.5 milyon dollara yüksəldiyi ifadə edilib.

Rəsmi statistikaya görə Qətərli iş adamlarının Türkiyəyə 20 milyard dollarlıq investisiya qoyduğu, Türk iş adamlarının isə Qətərə 11 milyard 600 milyon dollarlıq investisiya qoyduğu bildirilib. Dohada 150-dən çox Türk firmasının fəaliyyət göstərdiyi ifadə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 947