Polis Mingəçevirdə əməliyyat keçirdi


00:31     13 Avqust 2017 narkotik-polis.jpg

Avqustun 11-də Şəki ŞRPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, aparılan tədbirlərlə onun Aydınbulaq kəndi ərazisindəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1181