Uşağın ölümündə həkimlər günahlandırılır - YENİLƏNİB


03:42     13 Avqust 2017 korpe%20oldu.jpg

Lənkəranda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn 5 günlük körpə tələf olub. Valideynləri ölümün səbəbini həkim səhlənkarlığı ilə izah edirlər.


Femida.az "Report"a istinadən xəbər verir ki, ana olmağa hazırlaşan Masallı rayonunun Həsənli kənd sakini 20 yaşlı Vəlişova Kəmalə Zahid qızı müayinə olunmaq üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

K.Vəlişovanın atası bildirib ki, qızı xəstəxanaya gətiriləndə problemi olmayıb: "Qızım Masallıda ultrasəs müayinəsindən keçmişdi. Demişdilər ki, doğuş vaxtına qalıb. Təkrar yoxlamadan keçirmək üçün Lənkərana gətirdik. Burda bildirildi ki, ana 36 aylıq hamiləlik dövründədir".

K.Vəlişovanın yaxınları həkimə bildiriblər ki, Masallı rayonunda müayinə zamanı ananın 32 həftəlik hamilə olduğunu söyləyiblər. Lakin, gənc qadını müayinə edən Hicran adlı həkim bu məlumatın doğru olmadığını deyib. Avqustun 5-də K.Vəlişova qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra məlum olub ki, həqiqətən də ananın bətnindəki döl 32 həftəlik olub. Yəni, körpə 45 gün tez dünyaya gəlib. Körpə xüsusi kameraya yerləşdirilib. Bu gün körpənin ailəsinə ölüm xəbəri verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

***

20:52

Lənkəranda doğuş zamanı uşaq ölüb.

Hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Masallının Həsənli kənd sakini 1997-ci il təvəllüdlü Kəmalə Vəlişova Lənkəran RMX-da qeysəriyyə yolu ilə əməliyyat olunan zaman körpə ölüb. Ölümün səbəbləri məlum deyil.

Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1011