Neft bir az da ucuzlaşdı


14:31     26 Avqust 2015 RDa5m9N06n78.jpg

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 39,27 dollar təşkil edib.


Femida.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,07 dollar azalaraq 43,14 dollar olub.

Neftin ucuzlaşması investorların Çinin iqtisadi vəziyyətindən narahat olması və İranın neft naziri Bican Namdar Zənqanenin nefti istənilən qiymətə satmağa hazır olduqlarını bəyan etməsi ilə əlaqələndirlir.

Açar sözlər:

Oxunub: 866