ABŞ erməniləri pis vəziyyətə qoydu


14:39     02 May 2015 img1502249.jpg

ABŞ Dağlıq Qarabağdakı qondarma `parlament seçkiləri`nin nəticələrini tanımayacaq.


Femida.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.

ABŞ rəsmisi deyib ki, rəsmi Vaşinqton Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır.

O əlavə edib ki, buna görə də Birləşmiş Ştatlar mayın 3-də keçiriləcək “seçkilər”in nəticələrini qəbul etməyəcək.

Açar sözlər:

Oxunub: 540