Bankomat yandı - Bərdədə


15:25     26 Avqust 2015 378505_421127.jpg

Bərdə şəhərində bankomat aparatında yanğın olub.


Fövqəladə hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, şəhərdəki "Kapital Bank" ASC-nin filialının qarşısında quraşdırılmış bankomatın plastik kart daxil olan rezin hissəsi yanaraq yararsız ahala düşüb. Yanğınsöndürənlərin hadisəyə çevik müdaxiləsi nəticəsində bankomatın qalan hissəsini yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 02:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1119