Ermənilər kəndlərimizi atəşə tutdu
15:37 26 Avqust 2015
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 176 dəfə pozub.
Femida.az - ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, eləcə də Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Oxunub: 876
Oxşar xəbərlər
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Ermənilər üçün bəd xəbər
- Ermənilər Azıx mağarasında qanunsuz “tədqiqatlar”ı davam etdirir
- Ermənilər cəbhədə təxribat törədib
- Ermənilər Ağdamda təlim keçirir - Zirehli texnika yeridildi
- Ermənilərin etirazları nəticəsiz qaldı
- Ermənilər Qarabağda minaya düşdü - 3 hərbçi öldü (YENİLƏNİB)
- Ermənilər mövqelərimizə 2 mərmi atıb
- Ermənilər Bakıya gəlir