Müdafiə Nazirliyi o iddianı təkzib etdi


17:02     26 Avqust 2015 88027.jpg

Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin Azərbaycan tərəfinin Türkiyə istehsalı olan raketlərdən istifadəsinə dair məlumatların dezinformasiya olduğunu bildirir.


Femida.az xəbər verir ki, bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər. Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında müxtəlif dövlətlərdən əldə edilmiş yüksək dəqiqliyə və güclü dağıdıcı qüvvəyə malik, o cümlədən 122, 160, 300 millimetr və bunlardan daha artıq kalibrli çox sayda yaylım atəşli reaktiv sistemləri var:

“Biz dövlətlərarası sazişlərə əsasən, dünyanın müxtəlif ölkələrindən istifadəsi qadağa olunmayan və məhdudiyyətlərin qoyulmadığı müasir texnika və silahları alaraq ordumuzu təmin etməklə gücləndirməyi gizlətmirik.

Erməni tərəfinin yaydığı fotolarda əks etdirilən guya Türkiyə istehsalı olan TR 107 tipli raketlər Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında ümumiyyətlə yoxdur və bu səbəbdən də onların tətbiqi qeyri-mümkündür.

Ordumuz Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirməyə və təxribatlara əl atmağa cəhd göstərərsə, hər an işğalçını susdurmaq məqsədilə gücünü nümayiş etdirməklə istənilən silah-sursatı tətbiq etmək səlahiyyətindədir və bunun üçün hansısa xüsusi icazənin alınmasına ehtiyac yoxdur”.

Açar sözlər:

Oxunub: 994