Bıçaqlanan vəkilə görə hüquqşünasların - BƏYANATI


18:42     26 Avqust 2015 lawyer-650x3305.jpg


Femida.az dünən Gəncə şəhərində Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılovanın döş qəfəsindən bıçaqlanması barədə xəbər vermişdi.

İlkin məlumata görə, qadını vəkillik etdiyi bir prosesdə qarşı tərəfin nümayəndəsi bıçaqlayıb.

Baş vermiş bu olaya etiraz olaraq Hüquqşünasnlar və vəkillər qrupu Bəyanat yayıb.
Femida.az bəyanatın mətnini təqdim edir:

“ Gəncədə vəkil həmkarımız Xatirə xanım Cəbrayılın bıcaqlanması haqda məlumat bizi dərindən sarsıltdı.

Qrup olaraq bu hadisəni pisləyir və vəkilə peşə borcunu yerinə yetirməsi ilə əlaqədar əl qaldıranı (qaldıranları) qınayırıq.“

Xatırladaq ki, bu hadisə sosial şəbəkələrdə müzakirələrə və narazılığa səbəb olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4111