Əhalinin banklarda nə qədər pulu var?


18:45     17 Avqust 2017 manat1.jpg

2017-ci il iyulun 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği milli valyuta ekvivalentində 6 milyard 907,1 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalıb.

Əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1083