Sürət qatarlarını bu vağzal qəbul edəcək


00:54     27 Avqust 2015 A5F65352-48EA-4076-9292-986D4BEF5E6F_cx0_cy10_cw0_mw1024_mh1024_s.jpg

Sentyabrın 15-nə qədər Bakı ilə Sumqayıt şəhərləri arasında sürətli elektrik qatarları işə düşəcək. İki şəhər arasında ümumilikdə 8 qatar fəaliyyət göstərəcək. Həmin qatarlardan 5-i "Stadler" şirkətinin (Belarus-İsveçrə) istehsalı olan ikimərtəbəli qatarlardır. Digər üç qatar isə Riqada fəaliyyət göstərən şirkətdə sifariş olunub. İkimərtəbəli qatarların üçü artıq Bakıya gətirilib.


Abşeron ərazisindəki dəmir yolu infrastrukturunun müasirləşməsi işində qatarların alınması, yolların təmiri ilə yanaşı, dəmir yolu vağzallarının yenilənməsi də həyata keçirilir. Sürət qatarlarını qəbul etmək üçün Bakı dəmir yolu vağzalında əsaslı təmir işləri həyata keçirilir. Eyni təmir işləri Sumqayıt dəmir yolu vağzalında da görülür. Vağzalda məskunlaşan qaçqınlara müavinət verilərək oradan köçürülürlər.

Sumqayıt dəmir yolu vağzalının əsaslı təmiri üçün artıq bir neçə layihə hazırlanaraq "Azərbaycan Dəmir Yolları" QSC-yə təqdim olunub. Dəmir Yolu İdarəsi layihələr arasında seçim edəcək.

Sumqayıt Dəmir Yolu Vağzalının əsaslı təmiri ilə əlaqədar bir neçə layihənin görüntülərini əldə etmişik. Həmin fotoları təqdim edirik.

Açar sözlər:

Oxunub: 825