Robert Sekuta Əli Əhmədovla nəyi müzakirə edib?


22:34     26 Avqust 2015 806035.jpg

“Noyabrda azad və şəffaf seçkilərin keçirilməsi Azərbaycanın demokratik inkişafında müsbətə doğru addım kimi qiymətləndiriləcək”.


Femida.az-ın ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, bu sözləri səfir Robert Sekuta Yeni Azərbaycan Partiyasının icra katibi, sədr müavini Əli Əhmədovla görüşü zamanı deyib. Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bərabər ölkədə siyasi vəziyyət də müzakirə edilib.

Qeyd edək ki, ABŞ səfiri parlament seçkiləri ərəfəsində digər siyasi partiyalarla da görüşlər keçirəcək.

Açar sözlər:

Oxunub: 1110