Məmmədyarov Latviyanın yeni səfirini qəbul etdi


23:18     26 Avqust 2015 8t76SP2Sh0Ya5.jpg

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuris Maklakovsi qəbul edib.


Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə səfir Y.Maklakovs etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Səfir Y.Maklakovs diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir E.Məmmədyarov səfir Y.Maklakovsa diplomatik fəaliyyətində uğurlar arzu edib.

Açar sözlər:

Oxunub: 669