Cüdoçumuz ölkəmizə ilk qızıl medalı qazandırdı


22:31     20 Avqust 2017 cudocumuz2017_1503238150.jpg

Tayvanın paytaxtı Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasının cüdo yarışlarına start verilib.


Azərbaycan Cüdo Federasiyasından Femida.az -a verilən məlumata görə, Universiadanın ilk günü milli komandamız üçün uğurlu olub. Ölkəmizi 100 kiloqram çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək yarışın qalibi adına layiq görülüb. Cüdoçumuz müvafiq olaraq Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarını mübarizədən kənarlaşdıraraq qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Açar sözlər:

Oxunub: 932