Rusiyada müxalif siyasətçi həbs olundu


00:03     27 Avqust 2015 siyasetci.jpg

Rusiyanın Kostrom şəhərində PARNAS partiyasından regional seçkilərdə namizədliyi irəli sürülən İlya Yaşin seçiciləri ilə görüş zamanı saxlanılıb.


AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ` Twitter` sosial şəbəkəsində siyasətçinin özü yazıb.

Korrupsiya ilə mübarizə üzrə fondun rəhbəri Roman Rubanovun sözlərinə görə, Yaşin polis əməkdaşına itaətsizlikdə ittiham olunur. Siyasətçi 15 günə qədər həbs oluna bilər.

Qeyd edək ki, Kostrom vilayət dumasına seçkilərin sentyabrın 13-ü keçirilməsi planlaşdırılır.

Açar sözlər:

Oxunub: 753