ABŞ: “Səudiyyənin hərbi əməliyyatlarını dəstəkləyirik”


17:30     02 May 2015 Josh-Earnest.jpg

Səudiyyə Ərəbistanı nəzarəti altında olan koalisiya gücləri Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Nəticədə azı 20 dinc sakin ölüb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zərbələr nəticəsdə daha 50 nəfər xəsarət alıb.

Şahidlərin verdiyi məlumata görə, koalisiya qüvvələrinə məxsus təyyarələr Sənanın şimal-şərqindəki Səvan yaşayış massivini bombalayıblar. Ərazidəki yaşayış binalarının tamamilə dağıdıldığı, ölənlərin əksəriyyətin qadın və uşaqlar olduğu bildirilir.

Xatırladaq ki, ölkədəki husilərin irəliləməsini dayandırmaq üçün Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri “Qətiyyət tufanı” adı verdiyi əməliyyatı martın 26-na keçən gecə başlayıb. Aprelin 21-də Ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.

Qeyd edək ki, Ağ Evin sözçüsü Coş Ernest ABŞ-ın Səudiyyənin Yəməndə hərbi əməliyyat həyata keçirməsini dəstəklədiyini bəyan edib.

"ABŞ Səudiyyənin Yəməndə hərbi əməliyyat həyata keçirməsini dəstəkləyir. Çünki, sərhədlərini qorumaq səudiyyəlilərin haqqıdır.”

Ağ Ev Səudiyyənin Yəmənə hücumu zəminindən bu ölkə ilə kəşfiyyat əməkdaşlığının aparıldığını da bəyan edib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 674