Suriyada daha bir azərbaycanlı öldürülüb


04:42     27 Avqust 2015 1440612113.jpg

Suriyada daha bir azərbaycanlı öldürülüb.


Femida.az-ın məlumatına görə, Zübeyir Azər adlı silahlı qruplaşma üzvü namaz qılarkən raket zərbəsi ilə vurulub.

Onun Mahmud Azərinin komandanlığı altında “Fəth” silahlı birləşməsində döyüşdüyü bildirilir. “Furkan Azəri” ləqəbli timeturk.com saytının jurnalisti onun fotolarını paylaşıb.

Suriyada gedən müharibədə dörd il ərzində xeyli azərbaycanlı öldürülüb. Onların arasında Nusra Cəbhəsi və İŞİD qruplaşmalarına qoşulanlar üstünlük təşkil edir.

Açar sözlər:

Oxunub: 904