Qızıl bahalaşıb


15:13     27 Avqust 2015 1432100616_dunya-bazarinda-qizil-bahalashib.jpg

Amerika fond bazarında Dow Jones indeksi 3,95% - 16 285,51 bəndədək, NASDAQ 4,24% - 4 697,54 bəndədək, S&P 500 3,90% - 1 940,51 bəndədək artıb.


Femida.az-ın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,68% - 5 979,20 bəndədək, Fransa CAC-40-ı 1,40% - 4 501,05 bəndədək, Almaniya DAX-ı isə 1,29% - 9 997,43 bəndədək azalıb.

ABŞ fond bazarında əsas indekslərin artması Çin Xalq Bankının uçot dərəcələrini 0,25%-ə qədər azaltmasından sonra dünya ticarət məkanlarında vəziyyətin sabitləşəcəyinə inamın güclənməsi ilə əlaqələndirilir. Məhz bunun nəticəsidir ki, əsas indekslərdən olan Dow Jones indeksi həftə ərzində ilk dəfə yüksəlib.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,80 dollar artaraq 1 126,40 dollara, gümüş isə 0,07 dollar artaraq 14,15 dollara satılıb.

Açar sözlər:

Oxunub: 749