Bəy toyunun səhəri günü dəfn olundu – FOTO


15:33     27 Avqust 2015 bey%20esas.jpg

Türkiyədə faciə baş verdi.


İstanbulda evlənən və bal ayı üçün Antalyaya gedən 24 yaşındakı Damla və 34 yaşındakı Gürcan Bacakın içində olduqları avtomobil Kütahya yaxınlığında idarədən çıxaraq dərəyə aşıb.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gürcan Bacak qəza yerində ölüb. Ağır yaralanan Damla Bacak isə xəstəxanaya çatdırılıb.

Qəzada ölən Gürcan Bacak ilə yaralı Damla Bacakın təhlükəsizlik kəmərindən istifadə etmədiyi və buna görə də onun dərədən yuvarlanan avtomobilin pəncərəsindən çölə çıxdığı məlum olub.

Qəzayla əlaqədar istintaq davam edir.











Femida.az

Açar sözlər:

Oxunub: 1217