Bakıda civə həyəcanı


15:42     27 Avqust 2015 cive_0415.jpg

Bakı şəhəri, Yasamal rayonununda mənzildə termometr sınıb və civə ətrafa dağılıb.


Gecə Bakının Yasamal rayonundakı yaşayış evlərindən birində civə həyəcanı yaşanıb. Femida.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonununda mənzildə termometr sınıb və nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 02:30-da başa çatıb.

Açar sözlər:

Oxunub: 1078