Azay Quliyev Astanaya gedəcək


23:16     24 Avqust 2017 Azay%20Quliyev.jpg

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək.


Femida.az xəbər verir ki, səfər çərçivəsində deputatımız “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.

Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə ATƏT PA-nın həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına məlumat verəcək və bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək.

Səfər çərçivəsində Azay Quliyevin Qazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilərlə görüşləri də nəzərdə tutulmuşdur. Səfər avqustun 30-da başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 975