Oğlu öldürülən atadan intihara cəhd - AZADLIQ MEYDANINDA


16:32     27 Avqust 2015 143938349755cb3fc957b289.jpg

59 yaşlı kişi şəhərin mərkəzində üstünə benzin tökərək özünü yandırmaq istəyib


Bakıda intihara cəhd olub. Femida.az xəbər verir ki, dünən saat 14:00 radələrində 1956-cı ildə anadan olmuş, Yevlax rayon sakini Abdullayev İbrahim Qasım oğlu Azadlıq Meydanında üstüna benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə yaxınlığındakı vətəndaşlar və polis əməkdaşları İ.Abdullayevin niyyətini sona çatdırmasına imkan verməyib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, özünü yandırmağa cəhd edən şəxsin 19 yaşlı oğlu bir müddət əvvəl Yevlaxda qətlə yetirilib.

Araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1536