600-dən çox bal toplayan gənclərin nəzərinə! - DİM sizi axtarır


15:39     25 Avqust 2017 dim%20tqdk.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) 600-dən çox bal toplayan gənclərə müraciət edib.


DİM-dən Femida.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, mərkəz artıq neçə ildir, (əvvəlki illərdə TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir.

"Bu il də ənənə davam etdiriləcək. İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunub. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcək. 600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər" - deyə, müraciətdə qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 563