Azərbaycanda körpələrə qiymətli metal adı qoyuldu - SİYAHI


22:15     25 Avqust 2017 korpe-usaq-liderxeber-640.jpg

Azərbaycanda neçə körpəyə qiymətli metal və daş-qaş adı qoyulduğu məlum olub.


Femida.az report-a istinadən xəbər verir ki, son beş ildə doğulan 3301 körpəyə İnci (mirvari mənasında) adı verilib.

Bu il ərzində isə artıq 434 körpəyə İnci adı qoyulub.

Bu il doğulan körpələrdən 3-nə Gümüş (son beş ildə 49), 7-nə Altun (son beş ildə 60), 2-nə Qızıl, 64-nə Zümrüd (son beş ildə 628), 1-nə Briliyant (son beş ildə 3), 22-nə Almaz (son beş ildə 226), 11-nə Mirvari (son beş ildə 120), 16 körpəyə Zinyət (son beş ildə 104) adı verilib.

Bundan əlavə, son beş ildə 62 körpəyə Qızılgül, 165-nə Yaqut, 714-nə Firuzə, 16 körpəyə Zinyət adı qoyulub.
Eyni zamanda siyahıda Zinyətxanım, Gümüşxan, Altunay, Altunər, Qızılşan, Qızılgül, Zümrüdxanım, İncinur, İncinaz, İncisu, Firuzənur, Firuzəxanım, Almazxan, Dəmir, Dəmirəl, Dəmirçi kimi adlar da yer alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 709