Penitensiar xidmətin 4 əməkdaşı öldü
17:25 27 Avqust 2015
Penitensiar xidmətin toydan dönən dörd əməkdaşı Şəkidə avtomobillə dərəyə aşaraq ölüblər.
Femida.az xəbər verir ki, hadisə Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb. Belə ki, qəza zamanı Şəki sakini Əlizadə Elşən Akif oğlu idarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı "Sayfa" markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil bir neçə dəfə yuvarlanaraq yol kənarındakı dərəyə aşıb.
Nəticədə sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər Şəki sakinləri Abdullayev Araz Gündüz oğlu, Sədiyev Asif Çingiz oğlu və Şəkinin Aşağı Göynük kənd sakini Mustafayev Seymur Hüseyn oğlu aldıqları bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər. İlkin məlumatlara görə, qəza zamanı ölən şəxslər gecə saatlarında Qax rayonundan toy mərasimindən gəlirmişlər.
İlkin ehtimala görə qəzanın yüksək sürət səbəbindən baş verib.Qəza gecə saatlarında baş versə də, hadisədən ancaq səhər saat 8 radələrində xəbər tutulub. Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırmalar aparılır.
Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən 4 nəfər Şəki penitensiar müəssisənin əməkdaşları olduğu bildirilir.
Oxunub: 1550
Oxşar xəbərlər
- Penitensiar Xidmətdə müşavirə keçirilib
- Penitensiar Xidmətin Konvoy komandiri yenidən dəyişdi
- Penitensiar Xidmətdən `Qoca`nın meyiti ilə bağlı AÇIQLAMA
- Penitensiar Xidmətdə YENİ TƏYİNAT
- Penitensiar Xidmətin 3 əməkdaşı istintaqa cəlb olunub
- Penitensiar Xidmətin 10 əməkdaşı işdən çıxarılıb
- Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
- Penitensiar Xidmətin maşını qəzaya düşdü
- Penitensiar xidmətdə Heydər Əliyev anıldı
- Penitensiar Xidmətdə müşavirə keçirilib