Bu gün son gündür


17:54     27 Avqust 2015 610401_459363.jpg

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində uğur qazanmış şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatacaq.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Femida.az-a verilən məlumata görə, bu gün saat 17:00-da sənəd qəbulu başa çatır.

Tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Açar sözlər:

Oxunub: 850