Milanda ixtişaşlar başladı - FOTOLAR


18:48     02 May 2015 752adaf3bb4156c9c36c94e8801c0abb_k.jpg

İtaliyanın Milan şəhərində Ekspo 2015 sərgisinə qarşı etiraz aksiyaları ixtişaşlara səbəb olub.


Femida.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Milanda keçirilən etiraz aksiyalarında, üzü maskalı və qara kasklı etirazçılar ətrafdakı bəzi dükanların vitrinlərini dağıdıblar.

Qara geyindikləri üçün özlərini "Qara Blok" olaraq adlandıran qrupun üzvləri etiraz aksiyalarının keçirdikləri Maqenta küçəsində ona yaxın maşına od vurub, hüquq-mühafizə orqanlarına molotof kokteyli, daş, şüşə və patlayıcı maddə atıblar. Asayiş keşikçiləri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Məlumata görə, etiraz aksiyasında 10 minədək insan iştirak edib.

Etiraz aksiyaları zamanı çox sayda tələbə saxlanıldığı bildirilir

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 800


Oxşar xəbərlər