“Günəşli”də quyu istismara verilib


19:40     27 Avqust 2015 siaphoto_496072.jpg

Ölkənin neft-qaz sənayesində mühüm əhəmiyyətə malik “Günəşli” yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır.


Dövlət Neft Şirkətindən (SOCAR) Femida.az-a verilən xəbərə görə, bu günlərdə “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülüzdən 80 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilmişdir. Quyu qirməki Üstü Qumlu Lay Dəstəsindən, 3075-3052 metr intervaldan sutkalıq 100 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Açar sözlər:

Oxunub: 735