Sevmədi, qanı töküldü - SON ANLAR


18:28     02 May 2015 aytac.jpg

Bir neçə gündür mediada və sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilən 17 yaşlı Aytac Babayevanın ölüm anının fotoları yayılıb.


Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə Aytacla bağlı virtual aksiya başlayıb. Aksiya iştirakçıları qadına şiddəti pisləyən statuslar yazıb.

Xatırladaq ki, Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytacı 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu qətlə yetirib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:

“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

Fotolar milli.az-dır.

Femida.az

Açar sözlər:

Oxunub: 1068


Oxşar xəbərlər