Qurban kəsilən heyvanlara əzab verənlər cərimə olunacaq


19:44     28 Avqust 2017 1412316572_az-rbaycanda-qurban-bayrami-qeyd-olunur6ceed6fc5c.jpg

Türkiyədə qurban kəsərkən ehtiyatsız davranaraq heyvanalara əziyyət verən şəxslər cərimə olunacaq.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin meşə və su işləri naziri Veysəl Əroğlu deyib.
O bildirib ki, heyvanın əziyyət çəkməsinə səbəb olanlar 540 lirədən 2752 lirəyə qədər cərimə ediləcəklər.
Nazir vurğulayıb ki, heyvanların dövlət orqanlarının müəyyənləşdirdiyi yerlərdə və peşəkar qəssablar tərəfindən kəsilməsi şərtdir. Onun sözlərinə görə, buna əməl etməyənlər hər baş heyvana görə 1097 lirə cərimələnəcəklər.

Açar sözlər:

Oxunub: 1134