“Biz Sizinləyik“ layihəsinin qalibləri bəlli oldu


20:45     27 Avqust 2015 11739512_452586814900608_1531653143_n.jpg


Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olmuş, Ramalə Əbilovanın "Biz Sizinləyik!" layihəsi "ELSA Azərbaycan"ın təşkilatçılığı ilə 2 saylı Bakı uşaq evində baş tutub. Layihənin məqsədi, ailə himayəsindən məhrum olmuş uşaqlara cəmiyyətin onlara biganə olmadığını, onları sevdiyini və daima dəstək ola biləcəyini göstərməkdi. Layihə çərçivəsində uşaqlara özünəinam, uğurlu olmaq və eləcə də uşaqların hüquq və vəzifələrilə bağlı təlimlər keçirilmiş və "Mən kiməm və nə olmaq istərdim?" mövzusunda inşa müsabiqəsi keçirilib.

Uşaqlar layihədə fəal iştirak etmiş, bilik və bacarıqlarını nümayiş etdirmişlər. Müsabiqə nəticəsində uşaqlardan, Mehparə Əlləzova I, Nuranə Həsənquliyeva II və Tahir Cihad III yerin sahibi olub. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 893