Tofiq Hacıyev Dilçilik institutuna geri qayıtdı


20:48     27 Avqust 2015 17525a71646a6f62152196b3ac887629.jpg

Akademik Tofiq Hacıyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktorluğundan azad olunmağı barədə ərizəsini geri götürüb.


O, bildirib ki, məsələyə AMEA Rəyasət Heyətinin növbəti iclasında baxılacaq:

"Dilçilik İnstitutundakı vəzifəmdən çıxmaq haqqında ərizəmi geri götürmüşəm. Əslində, ərizə qeyri-qanuni idi, çünki onu məzuniyyətdə olan vaxt yazmışdım".

Akademik bildirib ki, işdən çıxması ilə bağlı qərarı tələsik qəbul edib:

"O vaxt əsəbi şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları, müxtəlif münasibətləri gördüm, fikrimi dəyişdim. Nə səbəbə belə bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm".

T.Hacıyev deyib ki, işə qayıtmağı Dilçilik İnstitutunun kollektivi ondan xahiş edib:

"Kollektiv də xahiş etdi, mən də məsələləri aydınlaşdırmaq üçün işə getmək istəyirəm. Ona görə də vəzifəmə qayıdacam".

Akademik gələn aydan işə çıxacağını bildirib.

Açar sözlər:

Oxunub: 1069