Mikayıl Cabbarov Sumqayıtda


21:25     27 Avqust 2015 23ee48197f5da0093dee06a236006b2a.jpg

Təhsil naziri Mikayıl Cabbarov Sumqayıtda Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, qəbulda 50-dək vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər həllini tapıb.

Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Açar sözlər:

Oxunub: 658