5 Ukrayna əsgəri öldürüldü


21:45     27 Avqust 2015 ukrayna_2486y74646.jpg

Ötən sutka ərazində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri ətrafında baş verən toqquşmalar zamanı Ukrayna Silahlı Qüvvələrinin 5 hərbçisi həlak olub.


Femida.az xəbər verir ki, bu barədə "Donbas" batalyonunun "Facebook" səhifəsində məlumat yayılıb.

"Dünən düşmənin fəallaşması fonunda "Donbas" batalyonu Mariupolun müdafiəsi üçün Ukrayna Silahlı Qüvvələrinin 40-cı batalyonuna yardım edib. Döyüşlər nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 5 hərbçisi həlak olub. "Donbas" batalyonu itki verməyib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Misnk-2 razılaşmalarına uyğun olarsaq hazırda Donbasda atəşkəs rejimi davam etsə də, hər gün lokal toqquşmalar baş verir.

Açar sözlər:

Oxunub: 778