İrəvanda 23 yaşlı qızı girov götürən şəxs güllələndi - YENİLƏNDİ


21:50     29 Avqust 2017 default-3.jpg

İrəvanda bilyard salonunda 23 yaşlı qız girov götürülüb.


Femida.az-ın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Polisin tələbinə cavab verməyən şəxs girovu öldürəcəyi ilə hədələyib. Bundan sonra o, polisin snayper tüfəngindən açdığı atəşlə zərərsizləşdirilib.

Ağır yaralanan şəxs xəstəxanada ölüb.

Girov götürülmüş qız da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi bilyard salonu bağlanıb, polis araşdırma aparır.

İnsidentin motivi hələlik məlum deyil.


***


İrəvanda bir nəfər gənc qadını girov götürüb.

Femida.az xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Qeyd olunur ki, girov yerli bilyard klubunda saxlanılır.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 981