Respublika stadionunun arxasında 19 ağac yandırılıb


16:43     30 Avqust 2017 agac%20yandi34.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonunun Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Qurumdan Femida.az -a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı təxminən 600-700 m2 yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 ayland) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub.

Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1019