Uorlik Qarabağ münaqişəsinin həlli yolunu açıqladı


03:57     28 Avqust 2015 maxresdefault53.jpg

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirməyi və danışıqlar prosesinin inkişafı barədə fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirik"


ATƏT-in Minsk Qrupunun həmsədrləri payızda bölgəyə səfər etməyi planlaşdırırlar.

Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məlumat verib. O bildirib ki, hələlik səfərin dəqiq tarixi məlum deyil. “Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərini BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək iclası zamanı bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirik. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var”, - deyə səfir qeyd edib.

Açar sözlər:

Oxunub: 727