Eks-prezidenti adı korrupsiya qalmaqalında


04:02     28 Avqust 2015 Money-Money.jpg

İran Parlamentinin İqtisadiyyat Komissiyasının üzvü Məhəmməd Əli Mədədi sabiq prezident Mahmud Əhmədinejad dövründə korrupsiya faktlarının olduğunu iddia edib.


Femida.az xəbər verir ki, İLNA agentliyinə danışan millət vəkili 700 milyon dollarlıq dəmiryolu layihəsində aşkar olunan korrupsiya faktının kökündə yüksək çinli məmurların dayandığını bildirib.

Komissiya üzvünün sözlərinə görə, adı açıqlanmayan şirkət rəhbəri Əhmədinejadın köməkçisi İsfəndiyar Rahim Meşai ilə əlbir olaraq layihəni tenderdə udub.

Daha sonra Tehran hökumətindən 700 milyon dollar alan bu şəxs layihə üçün İrandakı şirkətlərdən də milyonlarla dollar alıb.

Bu pulların ödənilmədiyini iddia edən Mədədi həmin şəxslə bağlı dəfələrlə vəsadət qaldırdığını, lakin məhkəmənin bu vəsadətləri təmin etmədiyini qeyd edib.

Açar sözlər:

Oxunub: 1072