17 min manata görə tutulan şəxs AZADLIQDA


20:09     31 Avqust 2017 2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-6402.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elvin Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Həsənovun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq edilərək, ona şərti cəza verilib. E.Həsənov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, E.Həsənov "Mazarina" MMC-də satış meneceri vəzifəsində çalışıb və şirkətin 17 min manatını mənimsəməkdə təqsirli bilinib.
E.Həsənov CM-nin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
O, məhkəmə istintaqı dövründə dəymiş zərəri ödəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1037