Yer kürəsinə nəhəng asteriod yaxınlaşır
23:13 01 Sentyabr 2017
Amerika Milli Kosmik Agentliyinin (NASA) yerətrafı potensial təhlükəli obyektləri sistematik müşahidələrə başladığı dövrdən bu yana ilk dəfə müşahidə etdiyi ən böyük asteroid Yer kürəsinə yaxınlaşır. Florens asteroidi bu gün, sentyabrın 1-də planetimizin minimal yaxınlığından - 7 milyon kilometr aralıdan keçir.
Şamaxı Astrofizika Rəsədxanasını elmi işçisi Vaqif Xəlilov bildirib ki, indiyə qədər Yerə bundan da çox yaxınlaşan asteroidlər olub. Amma onların hamısının ölçüsü kiçik idi. Florens isə NASA-nın müşahidə etdiyi ən böyük obyektdir. Onun diametri 5 kilometrə çatır. Hesablamalara görə, Florens sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb. Onun özünü isə 1981-ci ildə kəşf ediblər. Asteroid Yerə birbaşa təhlükə yaratmır. Amma bu yaxınlaşma təbii kataklizmlərə səbəb ola bilər.
Qeyd edək ki, Florens asteriodinin növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir.
Oxunub: 3403
Oxşar xəbərlər
- Yerə yıxıldı,bıçaq qarnına batdı
- Yerdə güclü maqnit qasırğası gözlənilir
- Yeraltı qaz borularını oğurlayanlardan biri tutuldu
- Yerdə son illərin ən güclü geomaqnit qasırğası başlayıb
- Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
- Yerə təhlükəli asteroid yaxınlaşır
- Yerə asteroid yaxınlaşır - Rəsədxanadan açıqlama
- Yerlə Mars toqquşa bilər - Alimlər proqnoz verdi
- Yerə zibil atanlar cərimələdi - 883 730 manat
- Yerə nəhəng asteroid düşə bilər