“Qarabağ“ yenə də tarix yazdı


05:02     28 Avqust 2015 1414099303_29432.jpg

“Qarabağ” ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.


Femida.az xəbər verir ki. Ağdam klubu öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu 3:0 hesabla məğlub edərək növbəti tarixi yazıb.

İsveçrə klubu 3 dəqiqədən azlıqda qalaraq 10 nəfərlə mübarizə aparıb. Oyunda Almeyda penalti ilə hesabı açıb. Ardınca Reynaldo hesabı artırıb, daha sonra Əfran İsmayılov yekun qolu vurub.

İlk görüşdə də komandamız minimal hesabla qalib gəlmişdi. Sabah komandamızın püşkatma mərasimində qrup mərhələsindəki rəqibi müəyyənləşəcək.

Açar sözlər:

Oxunub: 795