İlk dəfə qadın baş nazir oldu


06:04     28 Avqust 2015 710x400_1440684794_vasilika-tanu-hristofilu_vasiliy_premer-grecii.jpg

Yunanıstan Ali Məhkəməsinin sədri Vasilika Tanu Xristofilu ölkənin keçid hökumətinin başçısı təyin olunub.


APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Tanu-Xristofilu ölkə tarixində bu postu tutan ilk qadın kimi tarixə düşüb. Andiçmə mərasiminin ardından onun baş nazir kimi səlahiyyətlərinin icrasına başlayacağı bildirilir.

Tanunun bu vəzifəyə təyin olunması ölkə Konstitusiyasına əsaslanır. Konstitusiyaya görə, baş nazirin istefasından sonra və növbəti seçkilər keçirilənədək Ali Məhkəmənin sədri bu vəzifəni icra etməlidir.

Yunanıstanda növbədənkənar seçkilərin tarixinin isə həftə ərzində ölkə prezidenti Prokopis Pavlopulos tərəfindən elan ediləcəyi gözlənilir.

Ehtimallara görə, seçkilər sentyabrın sonlarında keçiriləcək.

Qeyd edək ki, Aleksis Tsipras hakim “Syriza” partiyasının üzvləri və nazirlərlə görüşündə istefa verdiyini açıqlayıb.

Açar sözlər:

Oxunub: 636