Gürcüstana ABŞ tankları gətirilib
17:10 03 Sentyabr 2017
Amerika tankları və digər zirehli maşınlar "Agile Spirit 2017" təlimlərində iştirak etmək üçün Gürcüstana gətirilib.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, "M1 Abrams" və LAV zirehli transportyorları da daxil olmaqla
Amerika hərbi texnikası Qara dənizdəki Poti limanına gətirilib.
Texnika dəmir yolu vasitəsilə Samtsxe-Cavaxeti regionundakı Orfolo poliqonuna aparılacaq.
"Təlimlərin keçirilməsində məqsəd NATO çevik əməliyyat qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etməyə hazır olmaqdır", - deyə məlumatda bildirilir.
Təlimlər sentyabrın 11-dən 3-dək keçiriləcək.
Femida.az
Oxunub: 1351
Oxşar xəbərlər
- Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb
- Gürcüstana gedənlərin sayında ciddi artım - STATİSTİKA
- Gürcüstana ilk qar yağdı
- Gürcüstana səfər edən azərbaycanlıların sayı artıb
- Gürcüstana getmək istəyənlərin nəzərinə!
- Gürcüstana qaçaqmal daşıyan Ermənistan vətəndaşı tutulub
- Gürcüstana neçə azərbaycanlı səfər edib?
- Gürcüstana uçan təyyarəni ildırım vurdu
- Gürcüstana gedən turistlərin sayı artıb
- Gürcüstana keçmək istəyərkən saxlanıldı