Neftin qiymətində 9 faizlik artım


14:12     28 Avqust 2015 97044.jpg


Son bir neçə gündə kəskin şəkildə ucuzlaşan neft qiymətləri artmağa başlayıb.


Femida.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 9,68% artıb. Hazırda qiymət 47,31 dollarda qərarlaşıb.

WTI markalı neftin qiymətində də artım müşahidə olunur. Belə ki, bu markalı neftin bir barrelinin qiyməti 10,03% artaraq 42,47 dollar olub.

Xatırladaq ki, avqustun 26-ı dünya bazarında neftin qiyməti son 6 ilin minimumuna enmişdi.

Ucuzlaşmaya səbəb isə dünya bazarında neftin artması və neftə tələbatın azalmasıdır. İranın neft bazarına girməyi isə vəziyyəti daha da ağırlaşdırır.

Açar sözlər:

Oxunub: 1497