Dostuna qarşı dələduzluq edən şəxs həbsdə qaldı


20:26     04 Sentyabr 2017 1399714276_cenubnews-hebs-yeni.jpg

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Cahangirovun barəsindəki hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.


Femida.az -ın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə. Cahangirov kredit adı ilə dostundan 20 min manat alıb, lakin qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və Ə. Cahangirov məhkəmə zalından azadlığa buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 601