Tovuzda mağazanın anbarı yandı


22:15     04 Sentyabr 2017 femida%20yangin1.jpg

Tovuzun Düzqırıxlı kəndində yerləşən mağazada yanğın baş verib.

Kənd sakini Şahin Hacıyevə məxsus 300 kv.m-lik mağazanın ərazisi 110 kv.m olan anbarında yanğın başlayıb. Əraziyə Tovuz Yanğından Mühafizə Xidməti Hissəsinin 4 texnika və canlı qüvvəsi cəlb olunub. Alov qısa müddət ərzində söndürülüb və yanğının mağazaya keçməsinin qarşısı alınıb.

Məlumata görə, anbarın təxminən yarısının yanan konsktruksiyaları və əşyaları yanıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 597