Dollar bahalaşdı


14:54     28 Avqust 2015 fanned-100-dollar-bills_full.jpeg

Bu gün avqustun 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.


Femida.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 28-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% artaraq 1,0479 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,008 manat və ya 0,67% azalaraq 1,1805 manat olub.

Manata nəzərən Rusiya rublu 0,007 manat və ya 4,60% bahalaşaraq 0,0159 manat olub.

Açar sözlər:

Oxunub: 1377